“Pensiya sistemini xarakterizə edən göstəricilər əsasən qənaətbəxş səviyyədə olsa da, gələcək dövr üçün artıq bir sıra çağırışlar üzrə əsaslar formalaşmaqdadır”.
Eləcə də bax: Əmək pensiyalarının orta aylıq məbləği - 422 MANATA ÇATACAQ
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcədənkənar dövlət fondlarının 2023-cü il üçün büdcələri ilə bağlı Milli Məclisin plenar iclasında çıxışında bildirib.
Vüqar Gülməmmədov deyib ki, onlar arasında ən əsası məşğul əhali və pensiyaçıların sayı arasında olan nisbət göstəricidir: “İqtisadiyyatda məşğulluğun artırılması ilə bağlı tədbirlərin gücləndirilməsi, rəsmi məşğulluğun artırılması və ödəmələr üzərində inzibati alətlərin gücləndirilməsi hələ ki, kəskin həddə çatmayan göstəricinin davranışında müsbət meyli formalaşdırmış olar”. (Apa)