İşçi həqiqi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilir. Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilməlidir.
Məzuniyyətdə olan şəxsin işdən çıxarılması mümkün deyil - Xidmət rəisi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
O əlavə edib ki, 16 yanvar 2026-cı il tarixinədək, yəni Əmək Məcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənənədək, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki mislini təşkil edirdi.










