Sosial

Hərbçilərin pensiyaları artımla birgə veriləcək - RƏSMİ

Hərbçilərin pensiyaları artımla birgə veriləcək - RƏSMİ | FED.az
10:24 29 Okt 2019

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən, həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

FED.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq.

Eləcə də bax: Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının - MÜƏYYƏNLƏŞMƏSİ QAYDASI DƏYİŞDİRİLİR

Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək.

Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib.

Apa

Digər xəbərlər