Azərbaycanda hərbi qulluqçuların təminat xərcliyinin gəlir vergisindən azad edilməsi təklif olunur.
Eləcə də bax: Döyüşlərdə iştirak edən hərbçilərə - 2-3 QAT ARTIQ MAAŞ VERİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsində həmçinin qeyd olunub ki, hərbi qulluqçulara vaxtında ödənilməmiş pul vəsaiti hərbi qulluqçulara və ya onların vərəsələrinə veriləcək.