Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.
Eləcə də bax: Döyüşlərdə iştirak edən hərbçilərə - 2-3 QAT ARTIQ MAAŞ VERİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.
Yeni qanun layihəsində həmçinin qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Hazırki qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.