“Cari ildə 250 milyon manatlıq vəsaitə qənaət edilib. Qənaət edilmiş bu vəsait əhalimizin sosial təminatına göndərildi”.
Eləcə də bax: 190 manatın verilməsinə - Başlanıldı
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, əhaliyə bu il ödənilən 190 manatlıq vəsaitin ümumi məbləğinin 200 milyonu bu qənaətin hesabına həyata keçirilib. (Qafqazinfo)