“Məcburi köçkün və soydaşlarımız üçün ölkəmizin 30-dan artıq şəhər və rayonlarında 115 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Məcburi köçkünlər və qaçqınlar həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin olunub. Həmin qəsəbələr, evlər dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir”.
Eləcə də bax: "Qaçqınkom" şəhid ailələrinə təqdim olunması üçün - 4 700 Mənzili Nazirliyə Verdi
FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, bu mənzillər məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil və məişət şəraitinin müvəqqəti olaraq yaxşılaşdırılması məqsədilə verilib: “Təbii ki, ölkə prezidentimiz son müşavirədə qeyd etdiyi kimi bundan sonra məcburi köçkünlərimiz və qaçqınlarımız üçün yeni evlər, yaşayış kompleksləri doğma Qarabağımızda, işğaldan azad edilmiş torpaqlarımızda salınacaq. Həmin mənzillərin aqibəti ölkəmizin ali rəhbərinin qərarlarına uyğun olaraq icra olunacaq”. (Qafqazinfo)