Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2-si və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.
Eləcə də bax: Mayda bayramlarla əlaqədar 6 gün - İŞ OLMAYACAQ
Bununla da, vətəndaşlar bu həftəsonundan etibarən dörd gün ərzində istirahət edə biləcəklər.
Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.