12-14 sentyabr tarixlərində Boulevard Hotel-də 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” keçiriləcək.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.
“Gift & Promo” korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VİP hədiyyələr, həmçinin əzizləriniz və dostlarınız üçün hədiyyələr təqdim olunacaq,
Həmçinin sərgi, Reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distributorları ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarını müzakirəsi üçün unikal işgüzar platformadır.