“Açıq şəkildə və qiymət etiketində “Mərcan” yazılaraq satılan toyuq əti məhsulları “Azerbaijan Poultry Company” MMC şirkətinin istehsalı deyil”.
FED.az xəbər verir ki, bunubu gün keçirilən mətbuat konfransında “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” (“APC”) şirkətinin İctimaiyyətlə əlaqələr (PR) meneceri Günay Əkbər bildirib.
Eləcə də bax:“Mərcan” toyuqları Azərbaycan bazarının 10%-ni - TƏMİN EDİR
“Biz qablaşdırılmış formada satılan “Mərcan” məhsullarına görə cavabdehlik daşıyırıq. Açıq aldığınız məhsul, sadəcə kənarında yazılıb “Mərcan”, biz bu məhsullara görə məsuliyyət daşımırıq. Çünki bəzi mağaza satıcıları bizim adımızdan istifadə edərək sata bilmədikləri məhsulları “Mərcan” kimi təqdim edirlər. Alıcıları dəvət edirik ki, qablaşdırılmış “Mərcan” məhsullarını əldə etsinlər”,- Günay Əkbər bildirib.
Qeyd edək ki, “Azerbaijan Poultry Company”də təkrar yoxlama aparılıb və şirkətin İSO 22000 və Halallıq sertifikatlarının vaxtı uzadılıb. Yenilənmiş standartlar həmçinin təkmilləşdirilib.