Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.
Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar, parovozların depo ocaqçıları, kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər və parovozların qazan yuyucuları siyahıdan çıxarılıb.