Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.
Azərbaycanda əhalinın 10,8 faizi pensiyaçıdır - STATİSTİKA
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mövzunu nümunələr əsasında izah edib:
1. Məsələn, şəxsə 2017-ci ilin 1 mart tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və o, işləməyə davam edir. Bu halda 2023-cü ilin 1 mart tarixində şəxsin fasiləsiz 6 il işlədiyi 01.03.2017-ci il tarixindən 01.03.2023-cü il tarixinədək olan dövr üzrə toplanmış 21800 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır.
2. Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və o, işləməyə davam edir. O, 2023-cü ilin 1 may tarixində işdən azad olunub və fərdi hesabının sığorta hissəsində 01.09.2021-ci il tarixindən 01.05.2023-cü il tarixinədək 3100 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır.