Gürcüstanın şimal-qərb bölgələrinə qar yağıb.
FED.az xəbər verir ki, qar ötüyü Svaneti bölgəsi və Baxmaro kurortunda müşahidə olunur.
Qonşu ölkədə hava şəraiti iyunun 27-dən etibarən qeyri-sabit keçir. Paytaxt Tbilisi daxil olmaqla bütün ölkə ərazisində güclü külək əsir.
İyulun 2-dən etibarən Gürcüstanda temperaturun yüksələcəyi və hava şəraitinin normallaşacağı gözlənilir.