Sosial

Gəncədə 1300-ə yaxın aztəminatlı şəxs - Bu İşlərdə Çalışır - FOTO

Gəncədə 1300-ə yaxın aztəminatlı şəxs - Bu İşlərdə Çalışır - FOTO | FED.az
11:32 5 Sen 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də ödənişli ictimai işlər proqramı icra olunur.

Eləcə də bax: Birillik ictimai iş yerləri 95% işçi ilə - TƏMİN OLUNUB

Nazirlikdən FED.az-a verilən məlumata görə, işsiz və işaxtaranların məşulluq imkanlarının artırılmasında mühüm rol oynayan bu proqrama Gəncə şəhərində də əsasən həssas qruplardan olan 1300-ə yaxın şəxs cəlb olunub.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrədir.

Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub (FOTO) - Gallery Image

Digər xəbərlər