2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.
Eləcə də bax: Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu - MƏLUM OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.
Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.