2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edib.
Eləcə də bax: Əmək pensiyasının minimum məbləği - 240 MANAT OLACAQ
FED.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2022-ci il üzrə bu proqnoz 345 manatdır:
"Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat olub. 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır. Əmək pensiyaların minimum məbləği bu il 200 manat olub". (Marja)