Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.
Eləcə də bax: Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu - MƏLUM OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.