Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq.
Azərbaycanda minimum pensiya məbləği 280 manata çatacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində minimum əməkhaqqının 400 manat olacağı qeyd edilib.
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 55 manat çoxdur. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.