Naxçıvan Muxtar Respublikada 2023-cü 1 may tarixinə orta aylıq əmək haqqı 644.6 manat təşkil edib.
Prezidentin nümayəndəsi: "Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir"
FED.az xəbər verir ki, bunu Fuad Nəcəfli öz tvitter hesabında 2023-cü ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri ilə bağlı açıqlamasında bildirib.
Bu da illik müqayisədə 10% artım deməkdir.
Qeyd edək ki, respublika üzrə ümumi orta aylıq əməkhaqqı 1 may tarixinə 901.3 manat təşkil edib. Bu da illik 11.4% artım deməkdir.