“Formula-1” üzrə Azərbaycan Qran-prisini Vətən müharibəsinin şəhid və qazi ailələri də izləyir.
Eləcə də bax: Bakıdakı "Formula 1"də ən bahalı biletin qiyməti açıqlanıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.
BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyirlər. Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula-1”ə tamaşa etməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün start götürən “Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış iyunun 12-də baş tutacaq. (Apasport)