FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial müdiri vəzifəsinə vakant yer elan edir.
Vəzifə öhdəlikləri:
- Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının Mərkəzi Xəstəxanalarında sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
- Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
- Tibbi xidmətlərin satınalınması ilə bağlı Agentliyə müvafiq təkliflərin verilməsi;
- Region üçün səhiyyə xərclərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabat və məlumatların hazırlanması və Agentliyə təqdim edilməsi;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
- Region üçün illik büdcənin formalaşdırılması məqsədilə müvafiq təkliflərin Agentliyə təqdim edilməsi;
- Tibb müəssisələrində işlərin avtomatlaşdırılması sahəsində metodiki köməkliyin göstərilməsi və bu sahədə Agentliyin aparatı ilə sıx əməkdaşlıq;
- Görülmüş işlər barədə yarımillik və illik hesabatların Agentliyə təqdim edilməsi;
- Tibbi statistik məlumatların işlənilməsinin təmin edilməsi, bununla əlaqədar müvafiq araşdırma və təhlillərin aparılması və prosesə nəzarət ;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
- Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
- Vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarətin həyata keçirilməsi;
- Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
- Filialın səmərəli işinin təmin edilməsi;
- Agentliyin İdarə Heyəti ilə effektiv kommunikasiya və iş strategiyasının qurulması;
- Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.
Vəzifə üçün tələblər:
- Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
- 5 ildən az olmayaraq inzibati sahədə əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində iş təcrübəsi arzuolunandır);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- İngilis və rus dilləri üzrə normal səviyyədə danışıq və yazı bacarıqları;
- Ofis proqramları üzrə biliklər.
Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 15.07.2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 310-07-70.
Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.