FED.az xəbər verir ki, ENEMAY Financial Consulting and Career Center LLC mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Baku Electronics" işçi axtarır - VAKANSİYA
İşin təsviri:
- Mühasibat və Vergi sahəsində uyğun məsləhətlərin verilməsi
- Debitor və Kreditorlarla hesablaşmalar
- ƏDV ilə hesablaşmalar, ƏDV Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması;
- DSMF, Statistika, Məşğulluq və bütün növ Vergi hesabatlarının hazırlanması;
- Mənfəət Vergi Bəyannaməsinin hazırlanması;
- EVHF, E-qaimələrin və hesab fakturaların tərtibi;
- Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi;
- e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı.
Vakansiya üzrə Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və ya hüquq);
- Uyğun sahə üzrə 3 il təcrübə;
- Azərbaycan və rus dilləri sərbəst, ingilis dili biliyi orta səviyyədə;
- Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3.
- Vergi qanunvericiliyi üzrə biliklər.
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-5 günlük iş rejimi;
-Əmək haqqı 500-1000 AZN, namizədlərlə müsahibə zamanı təcrübəyə əsasən müəyyənləşdiriləkdir.
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.