Bu gün hər bir sürücünü narahat edən məqamlardan ən önəmlisi parkinqdir. Uzun illərdir ki, hələ də tam olaraq həllini tapmayan bu problem səbəbilə hər bir avtomobil alıcısı, alacağı avtomobildə onun həcminə önəm verir.
FED.az bu aktual marağı nəzərə alaraq avtomobil salonlarındakı ən kiçik modellərlə maraqlandı.
“Picanto”
“KIA” Bakı mərkəzindən verilən məlumata görə, hazırda satışda olan ən kiçik həcmli “KIA” modeli “Picanto”dur. Ölçüləri: uzunluq 3595, en 1595, hündürlük 1490 mm.-dır. Bu modelin mühərrik həcmi 1,2, at gücü isə 87-dir. 26 min 400 manata satılır.
“Saipa”
Ən yığcam avtomobillər markalarından biri də İran istehsalı olan “Saipa”dır. Ölçüləri: uzunluq 3673, eni 1605, hündürlük isə 1455 mm-dir. Mühərrik həcmi 1,3, at gücü 100 olan bu modellərin bazarda satış qiyməti 900 manatdan 8300 manata qədər dəyişir.
“MINI”
“BMW”nin ən kiçik həcmli modeli isə “MINI Cooper”dir (uzunluq 3714, en 1683, hündürlük 1407 mm). Mühərrik həcmi 1,8 olan bu modelin at gücü 175-dir. Qiyməti isə 30-45 min dollar və ya 51-76 min manat arası dəyişir.
“Niva 4x4”
“Lada” avtomobil markasının ən yığcam modeli “Niva 4x4”dür. Bu modelin uzunluğu 3740, eni 1680, hündürlüyü 1640 mm.-dir. Bu model 17 mühərrik, 83 at gücünə malikdir. “Lada”nın Bakı mərkəzindən bildirdilər ki, bu modelin 2017-ci il istehsalı 14 min 600 manata, bu ilin istehsalı isə 14 min 900 manata satılır.
“IBIZA 5D”
105 at gücü, 1.6 mühərrik gücünə malik “IBIZA 5D” “Seat” markasının ən yığcam modelidir. Bu modelin ölçüləri: uzunluq 4061, eni 1693, hündür 1445 mm.-dir. Qiyməti 44 min 900 manat olub. “Seat” Bakı mərkəzində dedilər ki, hazırda bütün modellər satılıb. Salonda sadəcə “LEON FR” modeli qalıb. Bunun ölçüləri uzunluq 4263, eni 1784, hündürlük 1459 mm.-dir. Model 1,8 mühərrik, 180 at gücünə malikdir. Mexanika sürət qutusu ilə olan növün qiyməti 22 min 900, avtomat sürət qutusu ilə olan növünün qiyməti isə 29 min 900 manatdır.
“Sandero”
“Renault” Bakıdakı satış mərkəzinin məlumatına görə bu markanın ən kiçik həcmli modeli “Sandero”dur. Ölçüləri: uzunluq 4081, eni 1733, hündürlüyü isə 1618 mm.-dir. 1,6 mühərrik həcminə malik olan bu modelin at gücü 105-dir. Qiyməti 24 min 650- 25 min 330 manat arası dəyişir.
“Kalina”
“Lada” markasının daha bir kiçik ölçülü modeli “Kalina”dır. Bu modelin uzunluğu 4084, eni 1700, hündürlüyü isə 1504 mm.-dir. 1,4 mühərrik həcminə, 89 at gücünə malikdir. Qiyməti 16 min 200 manatdır.
“Changan CS35”
“Sirena Motors”da satışda olan ən kiçik ölçülü model “Changan CS35”-dir. Bu modelin uzunluğu 3525, eni 1650, hündürlüyü 1550 mm.-dir. 1,3 mühərrik həcminə və 125 at gücünə malik bu avtomobilin qiyməti 27 min 800 manatdır.
“Corolla”
“Toyota” markasının ən kiçik həcmli modeli “Corolla”dır (uzunluq 4260, en 1775, hündürlük 1485 mm). 1,6 mühərrik həcminə malik olan bu modelin at gücü avtomobilin konfiqurasiyasiyasına görə 99-122-140 arasında dəyişir. Qiyməti 35-38 min manat arasıdır.
“Polo”
“Wolksvagen”in Bakıda satışda olan ən yığcam modeli “Polo”dur. Ölçüləri: uzunluq 4390, eni 1699, hündürlük 1467 mm.. Bu modelin mühərrik həcmi 1,5, at gücü isə 110-dur. Satış qiyməti 23 min 600 manatdır.
“Accent”
“Hyundai” Bakı mərkəzindən saytımıza dedilər ki, bu markanın ən kiçik ölçülü modeli “i10”dur. Amma bu model artıq 2-dən çoxdur ki, ölkəyə gətirilmir və bundan sonra da ixracı düşünülmür. Bu modelin hazırki bazar qiyməti 8500-13 min 600 manat arası dəyişir.
Bu markanın Bakı mərkəzindən bildirdilər ki, hazırda satışda olan ən kiçik modelləri “Accent”dir. Ölçüləri: uzunluq 4405, en 1730, hündürlük 1470 mm.-dir. Bu model konfiqurasiyasına görə iki növü var: 1,4 mühərrik, 100 at gücünüə və 1,6 mühərrik 123 at gücünə malik “Accent”. Mərkəzdən bildirdilər ki, bu modelin hazırda satışda olan hər növü 2018-ci ilə aiddir və qiyməti 24 min 200-27 min 900 manat arası dəyişir.
“NX”
“Lexus”un ən kiçik həcmli modeli olan “NX” göstəriciləri: uzunluq 4640, en 1845, hündürlük 1645 mm.-dir. 2 turbo mühərrik gücünə malik olan bu modelin at gücü 238-dir. Qiyməti isə 37 min 500-55 min dollar və ya 63-93 min manat arası dəyişir.
“Almera”
“Nissan” Bakı mərkəsindən bildirdilər ki, bu markanın ən yığcam modeli “Almera”dır. Ölçüləri isə uzunluq 4656, en 1695, hündürlük isə 1522 mm.-dir. Bu model 1,6 mühərrik, 102 at gücünə malikdir. Qiyməti 23 min-25 min manat arası dəyişir.
“Macan”
“Macan” modeli “Porsche” Bakı mərkəzindəki ən kiçik həcmli avtomobildir. Ölçüləri uzunluq 4692, en 1926, hündürlük isə 1609 mm.-dir. 2 turbo mühərrikə malik bu modelin at gücü 250-dir. Qiymətlər 55-75 min avro və ya 114-155 min manatdır. Mərkəzdən dedilər ki, bu qiymətlər hazırda Bakıda satışda olan modellərə aiddir, amma bu normalda bu qiymətlərdən də baha olur.
Ən yığcam avtomobil modelləri – SİYAHI, QİYMƏT
17:31
5 Mart 2018