"Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatında dünyada ən yaxşı pensiya sisteminə malik olan ölkələri açıqlayıb. Reytinqdə 39 ölkə yer alıb.
Eləcə də bax: Pensiyaçı vəsaitini kartda neçə müddət - Saxlaya Bilər?
FED.az xəbər verir ki, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə Niderland malikdir. Bu ölkənin indeksi ötənilki 81 bənddən 82,6 bəndə yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.
Qeyd edək ki, reytinqin autsayderləri sırasında Türkiyə (42,7), Argentina (42,5) və Tailand (40,8) yer alıb. Bu ölkələr müvafiq olaraq reytinqin 37, 38 və 39-cu sıralarında qərarlaşıb.
# |
Ölkə |
İndeks |
1 |
Niderland |
82,6 |
2 |
Danimarka |
81,4 |
3 |
İsrail |
74,2 |
4 |
Avstraliya |
74,2 |
5 |
Finlandiya |
72,9 |
6 |
İsveç |
71,2 |
7 |
Sinqapur |
71,2 |
8 |
Norveç |
71,2 |
9 |
Kanada |
69,3 |
10 |
Yeni Zelandiya |
68,3 |
(Apa)