"Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə Əməyin Mühafizəsi Fondunun nizamnaməsinin hazırlanması üzərində iş aparılır".
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Eləcə də bax: Yeni Fondun fəaliyyətə başlaması üçün - TƏŞKİLATİ İŞLƏR APARILIR
Nazir bildirib ki, qısa müddət ərzində Fondun təsis sənədlərinin, nizamnaməsinin, əsasnaməsinin təsdiq olunması gözlənir: "Nizamnamə hazırlanıb yekunlaşdıqdan sonra Fondun fəaliyyətinə tam başlanılacaq".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Report