Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 966:2024 “Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi. Ümumi tələblər” yeni dövlət standartı qəbul edilib.
FED.az xəbər verir ki, institutun məlumatına görə, sözügedən dövlət standartının qəbul edilməsində məqsəd sosial xidmət və reabilitasiya müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, fərdi reabilitasiya tədbirlərinin təkmilləşdirilməsi, xidmətlərdən yararlananların ehtiyaclarının daha yaxşı qarşılanması, qida normalarının vahid tələblərə uyğunlaşdırılması və bu sahələrdə müasir yanaşmaların tətbiq edilməsindən ibarətdir.
Yeni dövlət standartının tətbiqi sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və onların rifahının yüksəldilməsinə geniş imkanlar yaradacaq.
Yeni dövlət standartı “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.