Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydalar hazırlanacaq.
Əmək qabiliyyətinin itirilməsi hallarına görə sığorta qanunvericiliyi pozanlar cərimələnəcək
FED.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanıb. Bu çərçivədə adıçəkilən qanunun 19.2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.