Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Neftin qiymətinin artması əməkhaqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, komitədə “Əmək pensiyaları haqqında” qanun layihəsinə baxılıb.
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.
O, sosial sığorta nömrəsinin istisnası halları, əmək müqavilələrində sınaq müddətinə qoyulan məhdudiyyətlər, işçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi, həmçinin anlayışların konkretləşdirilməsi məqsədilə layihədə təklif olunan dəyişiklikləri diqqətə çatdırıb.
Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Vüqar Bayramov, Arzu Nağıyev və İlham Məmmədov çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.