Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Milli Məclis «Əmək pensiyaları haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Yenilik 43 dəyişikliyi əhatə edir.
Sahibkarların və şirkətlərin işçilərə görə DSMF xərcini - DÖVLƏT ÖDƏYƏCƏK – AZƏRBAYCANDA İLK DƏFƏ
FED.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu pensiyalara bağlı bir sıra dəyişiklikləri açıqlayaraq izah edib. Beləliklə,
1. Dəyişikliklər 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək ki, bu da ümumilikdə 1,6 faiz pensiyaçını əhatə edir.
2. Dəyişikliklər üçün 4,2 milyon manat vəsait ayrılacaq ki, bu da gələn il pensiyalar üçün nəzərdə tutulan vəsaitin 0,084 faizini təşkil edir.
3. Dəyişikliklər pensiya yaşının azaldılmasına deyil, artırılmasına xidmət edir. Belə ki, gələn ilin iyul ayının 1-dən qadınlar üçün pensiya hüququ 63 il 6 aydan sonra yaranacaq.
4. Dəyişiklərin yaşa görə müavinətə təsiri yoxdur. Qocalıq müavinəti 180 manat olaraq qalır.
5. Dəyişikliklərin minimum pensiyaya təsiri olmayacaq. Pensiyalararın minimum məbləği 240 manat olaraq qalır.
6. Aylıq 240 manatdan yüksək pensiya almaq üçün pensiyaçının pensiya kapitalı 34 560 manatdan çox olmalıdır. Başqa sözlə, ən azı 25 il işləyib 34 560 manat pensiya kapitalı toplayan 65 yaşlı kişi, 63,5 yaşlı qadın 2023-cü ildə pensiya çıxarkən ayda 240 manat təqaüd alacaq.
7. İqtisadçı pensiya kapitalı ilə bağlı yığımları və pensçiyaçıların əldə edəcəyi gəliri bank əmanətləri və onun gəlirləri ilə də müqayisə edib: «34 560 manatı bankda depozitə qoyub aylıq pensiya məbləğindən dəfələrlə çox faiz gəliri əldə etmək mümkündür. Məsələn, 34 600 manatı AccessBanka 24 ay müddətinə qoyanda illik 9,5 faiz və ya 3287 manat gəlir əldə etmək mümkündür ki, bu da ayda 274 manat edir. Göründüyü kimi, əmanətin gətirdiyi aylıq faiz gəliri, aylıq minimum pensiya məbləğindən 34 manat çoxdur.
Beləliklə də 2 ilə 6 574 manat faiz gəliri qazanmaq və müddətin yekununda da 34 560 manat əmanətini geri götürmək mümkündür.
8. Müsbət gözlənti odur ki, gələn ildən pensiyalar 14-15 faiz civarında indeksləşdiriləcək (artırılacaq – FED.az). Amma bu növbəti il pensiya çıxanlara şamil olunmayacaq, ancaq hazırda pensiya alanların pensiyaları bu il üçün nominal əmək haqqının artımına uyğun olaraq 1 yanvar tarixindən indeksləşdirilir.