Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin isə vəzifələri və məüsuliyyəti artırılır.
Eləcə də bax: Mərkəzi Banka yeni səlahiyyət verilir
FED.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, əmək müqaviləsi üzrə içşinin işgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada icbari tibbi sığorta, işsizlikdən sığorta qaydalarından da istifadə etmək hüququ olacaq.
Həmçinin təklif edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin məzmunu da dəyişəcək. Belə ki, əmək müqaviləsində həmçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması ilə bağlı məlumatlar da göstərilməlidir.
Əmək Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması ilə barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. (Apa)