Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı ilin əvvəlindən 90 min nəfər artıb.
Bu barədə FED.az-a dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, oktyabran 1-ə olan məlumata ölkədə muzdla işləyənlərin sayı 1 milyon 639,1 min nəfər təşkil edir. İlin əvvəlində bu göstərici 1 milyon 548,9 min nəfər idi. Başqa sözlə, ilin əvvəlindən bəri muzdla işləyənlərin sayında 90,2 min nəfər artım var.
Eləcə də bax: Nazir: "Qeyri-dövlət sektorunda 88 mindən çox yeni - ƏMƏK MÜQAVİLƏSİ BAĞLANIB"
Müqavilə ilə işləyənlərin böyük hissəsi hələ də dövlət sektorunu təmsil edir – işləyənlərin 909,5 min nəfəri və ya 55,5% dövlət sektorunda, 729,6 min nəfəri və ya 44,5% isə özəl sektorda çalışır.
İlin əvvəlində bu göstərici dövlət sektorunda 883,9 min nəfər, özəl sektorda 665 min nəfər idi (dövlət/özəl sektor nisbəti 57,1%/42,9%).
İlin əvvəlindən bəri artan müqavilələrinin 64,6 mini özəl sektorun, 25,6 min nəfər isə dövlət sektorunun payına düşüb.
Qeyd edək ki, ötən ilin yekunu ilə müqayisədə bu il dövlət sektorunda çalışanların sayı 25,60 min nəfər , qeyri-dövlət sektorunda çalışanların sayı isə 64,60 min nəfər artıb.