Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb.
FED.az x bər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev rəsmi mətbuata müsahibəsində bildirib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğulluğın artırılması, qeyri-formal məşğulluğa qarşı mübarizə barədə məlumat verən nazir deyib ki, bu işlər nəticəsində ilin əvəlindən əmək müqavilələri 105 min artıb və bunun 94 minə yaxını özəl sektorun payına düşür.
Nazir qeyd edib ki, yanvar-aprel ayları ərzində ölkədə əməkhaqqı fondu 8 faiz, özəl sektor üzrə əməkhaqqı fondu isə 12 faiz artıb.