Yanvar-fevral aylarında əməkhaqqı fondu 5,2 faiz artıb.
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsinə imkan yaradıb.
Bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artaraq 1 mart 2023-cü il tarixinə 1 754 011 müqavilə təşkil edib.
Qeyd olunan müsbət nəticələr, aparılan ardıcıl əməkhaqqı islahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda da əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.