Sahibkarlıq subyektlərin yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci bitdikdən sonra həyata keçirilə biləcək səyyar yoxlamaların inzibati icraat praktikası təkminləşdiriləcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir.
Eləcə də bax: Azərbaycanda 345 sahibkara - İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ VERİLİB
“Monitorinqin olması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və dövlət tərəfindən onlar üzərində administrativ yük azaldır. Müvafiq dövlət qurumları tərəfindən də yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində həyata keçrilən yoxlamalar əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi yoxlamalar idi”.
S.Babayev bildirib ki, bu çərçivədə DƏMX tərəfindən yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır.
Nazir qeyd edib ki, DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır.