“Əmək və Məşğulluq” altsisteminin funksional imkanları mütəmadi artırılır və bu e-sistemə bir sıra yeni funksionallıqlar da əlavə olunacaq.
İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahələrində görülən işlərə və aparılan islahatlara dair keçirilən infosessiyada bildirilib.
Nazir Anar Əliyev son illər əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək bazarına innovativ nəzarət mexanizmlərinin tətbiqi istiqamətində atılan addımları qeyd edib.
ƏMAS-da əmək müqavilələrin e-qaydada bağlanılması və dəyişiklik edilməsi, əmrlərin elektronlaşdırılması, işçilər və işəgötürənlər arasında rəsmi yazışmalar, tibbi arayışlar və s. ilə bağlı yeni imkanlar da yaradıldığı diqqətə çatdırılıb.
Əmək münasibətləri üzrə e-nəzarət mexanizmlərinin genişləndirilməsi, kadr kargüzarlığı ilə bağlı sənədləşdirmələrin tam elektronlaşdırılması işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. ƏMAS-da əməyin mühafizəsi ilə bağlı bölmənin də yaradılacağı, bu e-sistem üzərindən işəgötürənlərə yeni xidmətlərin təqdim edilməsinin də nəzərdə tutulduğu qeyd edilib.
Elektron əmək müqaviləsi sisteminə keçid prosesinin uğurla davam etdiyi vurğulanıb. Əmək qanunvericiliyinə əməl olunmasına proaktiv qaydada e-nəzarət tədbirlərindən də bəhs olunub, e-audit modulu üzrə işlərin artıq yekunlaşdırıldığı diqqətə çatdırılıb.