Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb.
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Eləcə də bax: İşsizlərə verilən sığorta ödənişinin - MÜDDƏTİ UZADILDI
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılıb.