Azərbaycanda əlilliyin müəyyən edilməsi ilə bağlı tələblər müəyyənləşib.
Bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 3-cü maddəsində (Əlilliyin müəyyən edilməsi) göstərilib ki, şəxsin əlilliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq ivra hakimiyyəti orqanı müəyyən edir.
Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
Əlilliyin müəyyən olunması müyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirə ediləcək.