“Bu səbəbdən pensiya və müavinətlər səhv, əsasən də az hesablanır. Bunu hər bir vətəndaş şəxsi kabinetində olan məlumatlardan da görə bilər”.
Eləcə də bax: Azərbaycanda 70 mindən artiq ailə - ÜNVANLI YARDIM ALIR
Tanınmış mütəxəssis Tehran Ağa mks.az saytına müraciət edərək sosial ödənişlərin fərdi hesablara qeyd edilməsi zamanıi yaranan çatışmamazlıqların pensiya və müavinətlərin təsiri haqqında açıqlama verib: “Bildiyiniz kimi, 2018-ci ilin 4-cü rübü və sonrakı dövrlər üzrə Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabatları vergi orqanları tərəfindən qəbul edilmişdir.
Qanunvericiliyə əsasən həmin hesabat məlumatları Vergilər Nazirliyi tərəfindən DSMF-yə ötürülməli və DSMF tərəfindən həmin hesabat məlumatları emal ediıərək sığortaolunanların fərdi hesablarında əks olunmalı idi. Həmçinin Vergilər Nazirliyi ilə DSMF arasında imzalanmış Protokola əsasən məlumat mübadiləsi real vaxt rejimində aparılmalıdır.
Lakin artıq bir ili əhatə edən məlumatlar bu günə kimi DSMF-yə təqdim efilmədiyindən və DSMF rəhbərliyi də bu məlumatları vergi orqanlarından ala bilmədiklərindən son bir ildə köçürülən məcbudir dövlət sosial sığort haqqları vətəndaşların fərdi hesablarında əks olunmur. Bu səbəbdən pensiya və müavinətlər səhv, əsasən də az hesablanır. Bunu hər bir vətəndaş şəxsi kabinetində olan məlumatlardan da görə bilər.
Mks.az saytının oxucuları əsasən mühasiblik xidməti göstərənlər və iqtisadçılar olduğundan hər bir kəs özünün nümunəsində xırda monitorinq apara bilər.”
FED.az saytı olaraq, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun bu məsələ ilə bağlı mövqeyini saytımızda dərc etməyə hazırıq.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.