Rusiyada 8 mart münasibətilə əksəriyyət iki hədiyyə alır.
Eləcə də bax: Azərbaycan bankların qadınlar üçün - 8 MART KAMPANİYALARI - SİYAHI
FED.az Rusiya mətbuatına istinadən zəbər verir ki, bu barədə «Ozon» onlayn satış platformasının araşdırmasında bildirilir. Araşdımaya görə, alınan iki hədiyyədən biri digərindən xeyli baha olur.
Mütəxəssislər 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə 900 min sifarişi və 5,5 milyon axtarış sorğusunu analiz ediblər. Məlum olub ki, 2020-ci ildə Rusiyada kişilər qadınlara hədiyyə almaq üçün əvvəlki illə müqayisədə 2,3 dəfə artıq vəsait sərf ediblər. 8 mart münasibətilə ödənişin orta mələği təqribən 3 min rubl 45 dollar olub. Bununla yanaşı, hədiyyələrdən biri 8-10 dollar, digəri isə ondan bir neçə dəfə baha olub. «Böyük ehtimalla kiçik məbləğli hədiyyə uşağa və ya qohuma alınıb»-deyə «Ozon»da bildiriblər. Şirkətdə qeyd ediblər ki, fevralın sonundan etibarən qiymətli bəzək əşyalarına tələbat 320%, ətirlərə 268%, qadın aksessuarlarına 200%, qulaqcıq və elektron kitablara tələbat isə 213% artıb. «Bu ilin trend hədiyyəsi idman mallarıdır» - deyə «Ozon»da bildirilib.