“2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb”.
FED.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin təqdim etdiyi videohesabatda deyib.
Eləcə də bax: Baş Nazir Milli Məclisdə - HESABAT VERİB
O əlavə edib ki, orta aylıq nominal əməkhaqqı 16,6 faiz artaraq 635 manat təşkil edib: “İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əmək haqqı isə 14 faiz bəndi üstələyib. Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 mlrd. dollara çatıb və ÜDM-in həcmini üstələyib. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb”.
Baş Nazir bildirib ki, bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının orta hesabla 50 faiz artırılması təmin edilib: “Qeyd olunan artımların maliyyə tutumu 2,3 mlrd. manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edib”.
Qafqazinfo