Azərbaycanda əhalinin hər 3 nəfərindən biri inflüamiyanın səbəbini sahibkarlar tərəfindən qiymətlərin süni surətdə artırıldığını düşünür.
Prezident: “Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur”
FED.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğuda məlum olub.
Son dövrlər qiymət artımı ilə bağlı məsələlərin aktual olduğunu nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi vətəndaşlar arasında son bir ildə qiyimət artımları ilə bağlı blitz sorğu keçirib.
Sorğu zamanı «Sizcə, qiymət artımının səbəbləri nələrdir?» sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.
Sorğuda mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6%-lik göstərici ilə ilk sırada qərarlaşıb. Rəyi soruşulanların 34,4%-i isə inflyasiyanın səbəbi kimi, sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırmasını qeyd ediblər. Daha 32,2% isə qiymət artımının səbəbini dünyadakı iqtisadi-siyasi vəziyyətlə bağlı olduğunu düşünür.
Maraqlıdır ki, qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını qeyd edək 34,3%-lik respondentlərin 25,6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20,3%-ni təqaüdçülər təşkil edib.
Maraqlı nəticələrdən biri də əhalinin biznesdəki rəqabət barədə fikirləri olub. Sorğuda iştirak edənlərin 11,6%-i bildirdirib ki, qiymət artımlarının əsas səbəblərindən biri rəqabətin zəif olmasıdır. Daha 23,7% isə hesab edir ki, aidiyyəti qurumların tənzimləyici təsiri yetərli deyil.
Sorğu çərçivəsində respondentlərin 4,4%-i digər səbəbləri əsas gətirib, 5,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.