Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
FED.az xəbər verir ki, xidmət tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılır ki, müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
Eləcə də bax: Əcnəbilər üçün hərəkət məhdudiyyətinə dair - TƏLİMAT HAZIRLANIB
Qeyd olunub ki, Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1-31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.
Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-... vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/applicati... vasitəsilə qərarları əldə edə bilərlər.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.