Sosial

Əcnəbilər üçün hərəkət məhdudiyyətinə dair - TƏLİMAT HAZIRLANIB

Əcnəbilər üçün hərəkət məhdudiyyətinə dair - TƏLİMAT HAZIRLANIB | FED.az
15:18 7 Aprel 2020

Dövlət Miqrasiya Xidməti (DMX) ölkədə yaşayan əcnəbilərə müraciət edib.

FED.az xəbər verir ki, DMX-dan verilən məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yaşayış yerini tərk edərkən icazə almaq üçün 8103 nömrəsinə SMS-lə göndərməli olduqları müvafiq sənəd nömrəsini rahat əldə edə bilmələri üçün video təlimat hazırlanıb. Əcnəbilər video təlimatla tanış olduqdan sonra sənəd nömrələrini daha rahat əldə edə biləcəklər. 

Aşağıdakı linklərdə video təlimat Azərbaycan, rus (titrlərlə) və ingilis (titrlərlə) variantlarında yerləşdirilib. 

Suallar yaranarsa, 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı mərkəzilə əlaqə saxlamaq mümkündür. 

1. Azərbaycan dilində:  https://youtu.be/VX8z7K8b7zA

2. Rus dili titrləri ilə :  https://youtu.be/dvwyzCxmDt0

3. İngilis dili titrləri ilə: https://youtu.be/IQXN1NK8qmU

Digər xəbərlər

Banner