Beynəlxalq “Oxfam” birliyinin məruzəsinə əsasən, dünyanın ən imkanlı 26 insanının varidatı 3,8 milyard kasıbın ehtiyacını ödəməyə kifayət edərdi.
FED.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına əsasən, 2018-ci ildə milyarderlərin varidatı 12 faiz artdığı halda, kasıbların yaşayış səviyyəsi 11 faiz aşağı düşüb. İl ərzində 2200-dən çox milyarderin var-dövləti 900 milyard dollar artıb. “Oxfam” birliyinin hesablamalarına görə, 2017-2018-ci illər arasında hər iki gündə daha bir insan ilk milyardını qazanıb.
Bu cür bölgü nəticəsində vəsaitlər daha az insanların əlində cəmlənir: 2017-ci ildə planetin kasıb əhalisinin vəsaitləri 43, 2016-cı ildə isə 61 milyarderin varidatına bərabər olub. Məsələn, dünyanın ən varlı insanı - “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosun varidatının 1 faizi Efiopiyanın səhiyyəyə ayırdığı vəsaitə bərabərdir.
Eləcə də bax: Azərbaycanlı iş adamı həyat yoldaşından İnterpola şikayət edib
“Oxfam” birliyi apardığı tədqiqatda 2017-ci ilin iyunundan 2018-ci ilin həmin dövrünə qədər bütün dünya üzrə insanların maddi vəziyyəti ilə bağlı “Credit Suisse” konqlomeratının məlumatlarından, həmçinin “Forbes” jurnalının 2018-ci il üçün ən varlı insanların reytinq cədvəlindən istifadə edib.