Tedx-in ən çox izlənən üçüncü videonun sahibi olan, “Start with ‘Why?'” yəni hər şeyə niyə ilə başla fəlsəfəsinin sahibi olan Simon Sinek tərəfindən söylənmiş 13 fikri sizlərə təqdim edirik!
Böyük xəyal qur, amma kiçik şeylərdən başla. Amma ən önəmlisi başla
Bir Zenn buddistin dediyi kimi, bir şeyi necə etdiyiniz, hər şeyi necə etdiyinizlə əlaqədardır.
Vecinizə olamayan bir şey üçün çox çalışdığınızda buna stres deyərik, sevdiyimiz bir şey üçün çalışdığımızda isə həvəs deyərik.
Bu dünyada bir şeyi gerçəkləşdirmək istəyirsənsə, insanların səni sevməyəcəyi fikrinə öyrəşməyin lazımdır.
İnsan davranışlarına təsir etməyin iki yolu vardır, ya onlara psixoloji təsir göstərə bilərsiniz, ya da motivasiya verə bilərsiniz.
Daima heç bir planın plana görə getməyəcəyi həqiqətinin planını da qur :)
Komanda birlikdə çalışan insanların qrupu deyil, bir-birinə güvənən insanlar qrupudur.
İrəliləməsi lazım olan insan xususiyyəti nikbinlikdir. Bir şeyin daha yaxşı olacağına inanmaq insanı iləriyə aparar.
Dinləməklə, danışmaq üçün sıra gözləmək arasında fərqlər var.
Qazanmaq, istədiyim şeyi izləyərək əldə etdiyimiz zaman baş verər, uğur isə istədiyimiz şeyi niyə izlədiyimizi anladığımızda baş verər.
Böyük liderlər ən güclü olanlar deyil, zəiflikləri haqqında dürüst olanlardır. Böyük liderlər ən ağıllılar deyil; nə qədər bilmədiklərini etiraf edənlərdir. Böyük liderlər hər şeyi edə bilənlər deyil, başqalarından da özlərinə kömək etmək istəyən bilənlərdir. Böyük liderlər özlərini böyük olaraq görməzlər, özlərini bir insan olaraq görərlər.
Kimsə qaydaları pozmasaydı, irəliləyə bilməzdik.