Təbii olaraq heç kim həbsxanaya düşmək istəməz, amma dünyada indi elə həbsxanalar varki, bəzi insanalar üçün ora çox maraqlıdır, çünki onların sadəcə adı həbsxanadır. Oradakı şərait, yaşayış heç də təsəvvür etdiyimiz həbsxana kimi deyil.
Bu həbsxanalarda yaradılan şəraitdəki məqsəd cinayət işləmiş olan məhkumların psixologiyalarını düzəldib onları yenidən cəmiyyətə geri qazandırmaqdır. Bu deyilənlər qulağa qəribə gəlsə də bu metod çox vaxt uğurlu alınıb.
FED.az dünyanın cəlbedici 8 həbsxanasını təqdim edir:
Torstroym - Danimarka
250 məhbus üçün nəzərdə tutulan zindanda hər bir şəxs üçün 4 kvadrat metrlik ərazi nəzərdə tutulub. Bu otaqda vanna otağı, soyuducu, şkaf, televizor, pəncərə və yazı masası var. Bundan başqa məhbuslar üçün kilsə, idman meydançaları, bağça, bostan və hər bir əşya ilə təmin edilmiş mətbəx fəaliyyət göstərir. Əgər məhbus buranın yeməklərindən narazı qalarsa, özü üçün ayrıca yemək bişirə bilər. 5 ildə 160 milyon dollara ərsəyə gələn bina dünyadakı ən yaxşı həbsxana hesab edilir.
Fuhlsbuettel - Almaniya
2011-ci ildə məhbusların məmnuniyyətini və rahat yaşamaq standartlarını artırmaq məqsədi olə yenilənən bu həbsxananın kameraları bir tələbə evindən heç də fərqlənmir. Məhbusların kameralarında özlərinə aid hamamları və tualetləri də var.
Camp - Dollon - İsveçrə
Tarixində bir çox pis xatirələr olan bu həbsxana çoxluq, epidemya xəstəliklər və s. problemlərdən sonra məhbuslarına daha rahat bir həbs şəraiti qurmaq adına 40 milyon dollar xərcləyib yenidə qurulub.
Cebu - Filippin
Bu həbsxanın məhbusları burda göstərdikləri rəqs şouları ilə dünyada məhşur olublar. Rəqs şoularının videoları internetdə milyonlar tərəfindən baxılır. Həbsxana binası o qədər də möhtəşəm olmasa da bugün rəqs etmək istəyib, amma edə bilməyən nə qəddər adama var. Məhbusların bu cəhdinə həbsxana heyəti tam dəstək olur.
Addiewell - Şotlandiya
Cənubi Şotlandiyadakı bu həbsxana üçün bir peşə öyrənmək mərkəzi deməyimiz daha düzgün olar. Həftədə 40 saat peşə təhsili alan məhbuslar burda normal həyata hazırlanırlar.
Halden – Norveç
2010-ci ildə fəaliyyətə başlayan bu həbsxananın kameralarında soyuducu, televizor, pəncərə, bir sözlə normal bir evdə nə varsa burda var. Aşbazlıq və musiqi dərsləri, gəzmək üçün xüsusu yer hər cü şərait var. Hətta həbsxana bələdçiləri məhbuslarla aralarındakı münasibəti normal saxlamaq üçün silah gəzdirmirlər.
Aranjuez - İspaniya
Bu həbsxana dünyada bənzəri olmayan bir icazə var. Beləki, ailərə xüsusi olaraq 36 kamerası olan Aranjuez həbsxanası uşaqlı ailələrin uşaqlarının üç yaşına qədər ata- anaları ilə qalmaqlarına icazə verilir. Uşaqlar 3 yaşına çatdıqdan sonra qohumlarına və kimsəsizlər evinə verilir, bunun məqsədi isə uşağın həbsxana mühitində böyüməməsi göstərilir.
Bastoy - Norveç
Bu həbsxana Norveçdə bir adanın tamamını əhatə edir. Aralarında təcavüzkarların, qatillərin və digər ağır cinayət işləmiş məhbusların 115-dir. Məhbusların məhsuliyyətləri 7:30-14:30 arasında işləməkdir və gördükləri işdən qazandıqları qazandıqları pulu yerli bir marketdə xərcləyə bilirlər.