2018-ci ildə elektron qurğular bazarına dünyanın ilk smartfon-termometrinin çıxarılacağı gözlənilir. “i-MEMS” sistemli termometr istifadəçiyə cəmi yarım saniyə ərzində bədənin dəqiq temperaturunu öyrənməyə imkan verəcək.
"VistaNews"un məlumatına görə, smartfona quraşdırılan mikroelektromexaniki ötürücü sayəsində qurğunun səhv ehtimalı 0,01 faiz təşkil edir. Qurğunu hazırlayan Cənubi Koreya mütəxəssislərinin sözlərinə görə, məhsulun buraxılışı 2018-ci ilə planlaşdırılır. Smartfonun qiyməti və hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.
Bildirilir ki, smartfon-termometr temperaturu Selsi üzrə mənfi 40 və 200 dərəcə diapazonunda ölçəcək.
Ekspertlərin fikrincə, temperaturu dərhal müəyyənləşdirməyə imkan verən ötürücü “Apple” şirkətinin “iPhone” smartfonlarında da quraşdırıla bilər. Bunun sayəsində istifadəçi sağlamlıq vəziyyətini daim izləmək imkanına malik olacaq.