İqlim dəyişikliyi insanlara və insan kapitalına təsir edir.
FED.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister, Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 3-cü günündə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda insan kapitalı sayəsində 2010- 2020-ci illərdə böyük irəliləyişlər olunsa da, Azərbaycan bu sahədə regional ölkələrdən bir qədər geri qalır:
"Dünya Bankı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin işçilərin bacariqlarının artırılması sayəsində layihələrin həyata keçirilməsini dəstəkləyir. Ümüdvariq ki, bununla da biz Azərbaycanda insan kapitalının inkişafına öz töhfəmizi verəcəyik" - deyə Dünya Bankının nümayəndəsi əlavə edib. (Apa)