DSMF pensiya artımları sahəsində indeksasiya metoduna keçib.
Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
Hər il indeksləşdirmə əsasında pensiya artımı olacaq. Bu artım bütün növ pensiyalara şamil olunacaq.
DSMF sədri bildirib ki, indeksləşmə yanvar ayının 1-dən hesablanacaq və bu indeksasiya metodu ilə olan artım fevral ayının pensiyalarına şamil olunacaq. Çıxışında Himalay Məmişov bildirib ki, bu il 10.8% faizlik indeksləşdirmə proqnoz olunur.