Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərcləri 5 milyon manat artırılır.
Deputat DSMF-nin idarəetmə xərclərinin artırılmasının əleyhinə çıxıb
FED.az xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, sözügedən xərclər 3,8 % artırılaraq 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılır.
Xatırladaq ki, eyni qanun layihəsi ilə DSMF-nin büdcəsi 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata, əmək pensiyalarının ödənilməsi xərcləri isə 0,4 % artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılır. (Report)